Vəhşiliyin üstü 15 ildir açılmır

200 adam nəzarətə alınıb, buraxıldı




Antaliyada 2000-ci ildə, evlərindən ayrıldıqdan bir həftə sonra meşəlik sahədə ağaca bağlı cəsədləri olan 7 yaşlı Əsra və 9 yaşlı Berivan Aydın bacılarının qətli, hadisənin üzərindən 15 il keçməsinə baxmayaraq işıqlandırıla bilmədi.

Antaliyanın Anbar qəsəbəsindəki evlərindən 3 yanvar 2000-ci il tarixində məktəbə getmək üçün çıxan, ancaq bir daha xəbər alına bilməyən Berivan və Əsra Aydın bacıları, bir həftə sonra Yeniköy qəsəbəsindəki meşəlik sahədə boğularaq öldürülüb, ağaca bağlanmış halda tapıldı. Kriminal qrupları hadisə yerində ipucu ola biləcək bütün dəlliləri yığdı. Habipler İbtidai təhsil məktəbinə gedən iki bacının məktəb önlükləri ilə ölü olaraq tapıldığı, ağacın yanında bir kağız parçası və mavi-yaşıl rənglərdə ip ilə, tel parçaları əldə edildi. Əlləri önlük qurşaqlarıyla əvvəl bir-birlərinə, daha sonra ağaca bağlanan bacılardan Berivana təcavüz edildiyi ortaya çıxdı. Jandarma və polisin ortaq şəkildə icra etdiyi istintaqda 200-ə yaxın adam nəzarətə alınıb buraxıldı. Bu kəslərdən alınan qan nümunələri də Ankaradakı Jandarma Kriminoloji Laboratoriyasında araşdırıldı, ancaq nəticə alına bilmədi.

Əsra və Berivanın ana və atası İsmayıl və Tasiha Aydın, bir il sonra Antaliyadan daşındı. Hadisənin üzərindən 15 il keçməsinə baxmayaraq kiçik bacıların cinayətindəki sirr pərdəsi aralana bilmədi.