ABŞ Türkiyə ərazisindən ilk dəfə bomba yülkü pilotsuz uçan aparatları havaya qaldırıb





ABŞ ilk dəfə olaraq Türkiyə ərazisindəki İncirlik hərbi bazasından bomba yüklü pilotsuz uçan aparatları havaya qaldırıb.
APA-nın sputniknews.com-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyi rəsmisi Ceff Devis məlumat verib.
C. Devis deyib ki, aparatlar Suriyanın hava sahəsinə girib: "Buna baxmayaraq, indiki halda hər hansı hava zərbəsindən söhbət gedə bilməz”.
Digər ABŞ rəsmisi Elissa Smit isə deyib ki, İncirlikdən aparılacaq əməliyyatları genişləndirmək istəyirlər: "Bu məsələ ilə bağlı hələ çalışırıq”.