Tualetdən körpə çıxdı!





Çinin Pekin şəhərindəki  ümumi istifadə olunan tualetdən gələn ağlamaq səsləri, səlahiyyətliləri hərəkətə keçirdi. Tualetin içində başıaşağı vəziyyətdə qalan körpəni görən bir polis məmuru onu oradan çıxartdı. Xəstəxanaya çatdırılan körpədə hər hansı bir fiziki zədə müəyyən olunmadı.
Səlahiyyətlilər, tualetdə doğuşdan sonra anasının körpəni tərk etdiyini təxmin edir. İndi polis, körpənin ailəsini axtarır.
Çində nigahdan kənar doğulan uşaqlar, ictimai və maddi təzyiqlər üzündən zaman- zaman tərk edilir. 1970-ci illərdəki sürətli əhali artımına qarşı başladılan tək uşaq siyasəti, birdən çox uşaq sahibi olanları kriminal əməllərə sürükləyir.
Çin Kommunist Partiyası Konqresi 2013-cü ildə toplanaraq ölkənin uzun illərdir müzakirə mövzusu olan tək uşaq siyasətini dəyişmişdi.
Yeni qanuna görə, evli cütlüklərdən birinin tək uşaq olması halında, cütlüklərin ikinci uşaq sahibi olmasına icazə verilmişdi.

Oğlanlar üstün tutulur

Çinin zəngin ailələri soylarının davamı olaraq gördükləri oğlanları qızlardan üstün tutur. Qızlar abort, cinayət, ya da tərk edilməyə məruz qalarkən, oğlanlar da hədsiz qiymətlərlə satılır.
Təxminən 1.4 milyard əhalisi olan  Çində hər 118 kişi körpəyə qarşı 100 qız körpə dünyaya gəlir. 
Cinsiyyət bərabərsizliyi səbəbiylə yoxsul ailələrin qız uşaqları, sahil şəhərlərində yaşayan varlı ailələrin oğlanlarına yüklü miqdarda başlıq pulu qarşılığında gəlin olaraq da satıla bilir.
Bu balanssızlıq, uşaq qaçırma və insan alveri cinayətlərini dz özü ilə gətirir.