BMT-dən Ermənistandakı demoqrafik vəziyyətlə bağlı hesabat: böhran kritik həddə çatıb


İndiki dövrdə Ermənistanda hər il 37 min uşaq dünyaya gəlir. Amma 2024 -cü ildə bu rəqəm 25 minə düşəcək



Birləşmiş Millət Təşkilatı (BMT)Ermənistandakı demoqrafik vəziyyətlə bağlı məlumat yayıb.
«Sherg.az» rəhbəri erməni əsilli fransız olan «armenews.com »saytına istinadən xəbər verir ki, həmin məlumatda işğalçı ölkədə demoqrafik problemlərin getdikcə dərinləşdiyi qeyd olunub. Bildirilib ki, vəziyyət bu cür davam edərsə, işğalçı ölkədə 2024-cü ildə demoqrafik problem kritik həddə çatacaq.   

Bundan başqa xəbərdə o da diqqətə çatdırılır ki, Ermənistanın « Jamanak»  qəzeti bu ölkədəki demoqrafiq vəziyyətlə bağlı yazı hazırlayıəb. Yazıda Paşinyan hökumətinin «Ermənistanda doğum yaxşılaşır » layihəsinə diqqət çəkilib.

Bildirilib ki, bu layihədə vəziyyətin yaxşı olmasına dair bəndlər yer alsa da, bəzi statistik hesablamalar vəziyyətin acınacaqlı olduğunu göstərir. 

«Jamanak »qəzeti BMT-nin statistik rəqəmlərini xatırladaraq yazır ki, indiki dövrdə Ermənistanda hər il 37 min uşaq dünyaya gəlir. Amma 2024 -cü ildə bu rəqəm 25 minə düşəcək. Bundan başqa sayt yazır ki, hazırda Ermənistanda 71528 cütlük ayrılıb ki, bu da ümumi evlənənlərin 15 faizi deməkdir.

Yəni boşanmaların sayı da pik həddə çatıb. Artıq ölkə daxilindəki bəzi təşkilatlar həyəcan təbili çalaraq Ermənistan hökumətindən bu məsələlərlə bağlı adekvat ölçü götürməsini tələb edirlər.