Sumqayıtda 18 və 19 yaşlı iki oğlan dənizdə batıb





Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlu və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlu suda batıb.
 FHN-nin məlumatına görə, dənizdə batan E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri "Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.