64 milyon avro: Avropada transfer bombası partladı






PSJ "Mançester Yunayted"in futbolçusu Anxel di Mariyanın transferini rəsmiləşdirib.
Argentinalı futbolçu Paris təmsilçisi ilə müqavilə imzalayıb.
27 yaşlı futbolçu 2019-cu ilə qədər PSJ-nin şərəfini qoruyacaq. Fransa klubunun bu transfer üçün "Mançester Yunayted"ə 64 milyon avroya ödədiyi bildirilir.
Qeyd edək ki, di Mariya ötən mövsüm 75 milyon avro müqabilində PSJ-dən "Mançester Yunayted"ə transfer olunub.