AzTV-nin əməkdaşı şəxsi motosikleti ilə qəzaya düşərək ölüb





Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı qəzaya düşərək dünyasını dəyişib.
Qurumdan AzNews.az-a verilən məlumata görə, dünyasını dəyişən şəxs 24 yaşlı Nadir Köçərlidir. Televiziyanın quruluş rekvizit sexinin quruluşçu dekoratoru vəzifəsində çalışan N.Köçərli bu gün Xətai rayonunda şəxsi motosikleti ilə qəzaya düşüb.
Gənc dekorator hadisə yerindəcə dünyasını dəyişib.
Allah rəhmət eləsin!