Jurnalist pul qazanmağın yolunu tapıb

Keçi sağmaq üçün 6 min lirə ödəyirlər







Turizm firmasının sahibi Nicolas Guillo, Türkiyəyə ilk dəfə Gölcük zəlzələsində jurnalist olaraq gəldiyini, sonrakı günlərdə qısa müddət qaldığı Kapadokyanı çox bəyəndiyini bildirir.
"Parisin stressindən təmizlənmək məqsədiylə Kapadokyaya yerləşməyə qərar verdiyini" ifadə edən Guillo, həyat yoldaşıyla birlikdə, bölgədə turizm sahəsində fərqli bir anlayışı ortaya qoymaq düşüncəsiylə ekoloji turizm işinə girişdiklərini söyləyir. Guillo, 16 ildir Türkiyədə yaşadığını və beş ildir ən çox səkkiz nəfərdən ibarət olan xüsusi qrupları ekoloji turizm proqramı daxilində Ürgüpdə saxlayır, çox sayda xarici turisti Kapadokyaya gətirdiyini deyir.



Pendir və çörək hazırlamağı da öyrənirlər

Müştərilərinin əksəriyyətinin İngiltərə, Hollandiya, Fransa, Almaniyadan gələn həkimlərdən ibarət olduğuna işarə edən Guillo, bir həftəlik proqram daxilində, qonaqlarının günlərini keçi sağaraq, qatıq, pendir və çörək hazırlamağa öyrədərək, ata baxmağı, ev və baxça işləriylə məşğul olaraq keçirdiklərini ifadə edir. Guillo, proqrama qatılmaq istəyənlərin hər şey daxil, adambaşına 6 min lirə (2 min avro) ödədiyini və cəlb etdiyi turistlərin Kapadokyaya heyran qalaraq ölkələrinə döndüyünü söyləyir.
Hollandiyadan gələn Hanna və Elizabeth Sweens də tətillərini Kapadokyada təbii həyat içində keçirməyi "bənzərsiz təcrübə" olaraq xarakterizə edir. Bölgəni çox bəyəndiklərini ifadə edən turistlər, kənd atmosferini ilk dəfə görmək fürsəti tapdıqlarını, gözəl, rahatlaşdırıcı və faydalı bir tətil keçirdiklərini ifadə edir.