IŞİD-in hərəkətlərini marka edib satışa çıxartdı, amma ələ keçdi





İspaniyanın La Corunya şəhərində bir ispan işadamı IŞİD-in etdiklərini fürsətə çevirərək marka yaratmaq istəyincə polis tərəfindən nəzarətə alındı.
Adı açıqlanmayan ispan iş adamı terrora dəstək vermək və təbliğat işləri aparmaqda günahlandırılır. İspan təşəbbüskar qurduğu işyerində  tişört, əl çantası və hədiyyəlik əşyalarda IŞİD-in reallaşdırdığı hərəkətlərin şəkillərini istifadə edərək marka yaratmaq istədi. Bunları internet vasitəsi ilə həm İspaniya, həm də Portuqaliyada satışa təqdim etməyə başlayınca polis tərəfindən təqibə alındı. İspaniya Daxili İşlər Nazirliyi tərəfindən verilən şərhdə, ispan təşəbbüskarın evinə basqında çox sayda məhsulun ələ keçirildiyi ifadə edildi. Önümüzdəki günlərdə hakim qarşısına çıxacaq işadamının terror cinayətindən həbs cəzası alacağı qəti görünür.