Ağdamda FACİƏ: azyaşlı bacı-qardaş sandığa girib öldü




Ağdamda bir ailənin iki uşağı faciəvi şəkildə ölüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Təzəkənd köçkün qəsəbəsində məskunlaşan Xanəli Abbasovun iki övladı - 8 yaşlı Bahar və 6 yaşlı Nicat evdə oynayarkən sandığa giriblər.
Üstündə ağır yük olan sandığı açıb çıxa bilməyən uşaqlar havasızlıqdan boğulublar. B. Abbasova elə sandığın içində dünyasını dəyişib.
Onun qardaşı isə xəstəxanaya aparılarkən yolda keçinib