Dövlət Statistika Komitəsinə yeni sədr təyin edildi





Prezident İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzərTac-ın məlumatına görə, sərəncama əsasən, T.Y.Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.