Ağır depressiyanın sonu...

Anasını axtardı, qatarın altında cəsədini tapdı

























Adanada ağır depressiya dərmanları istifadə edən 47 yaşlı Hayriyyə Hünerliyigit, qatarın altında qaldı.
Hayriyyə Hünerliyigit, uzun zaman əvvəl həyat yoldaşından boşanıb, oğulu gunu və Yılmaz ilə birlikdə yaşamağa başlayıb. Boşandıqdan sonra sstresə girib, ağır depressiya dərmanları istifadə etməyə başlayıb. Hünerliyigit, səhər saatlarında evdən çıxıb. Evlərinin qarşısından keçən dəmiryolunun üzərinə çıxan Hünerliyigit, təxminən yarım saat relslərin kənarında oturub. Hünerliyigitin vəziyyətindən şübhələnən keçid vəzifəlisi Uğur Aydın, "Bacı, nə oturursan orada, qatar vurar, ya da başına gün döyər” deyə xəbərdarlıq edib. Xəbərdarlıqdan sonra qatarları izlədiyini söyləyən Hünerliyigit, bir müddət sonra iddiaya görə Mersin - Adana səfərini edən qatarın önünə atılıb. Qatar qadını təxminən 50 metr sürüyüb. Hadisəni görən vətəndaşlar, vəziyyəti polis və sağlamlıq qruplarına bildirib. Bu zaman, anasını evdə tapa bilmədiyi üçün axtarışa çıxan oğulu Yılmaz da çölə çıxıb. Relslər üzərindəki hərəkətliliyi görən gənc, hadisə yerinə gəlib və anasının cansız bədəni ilə qarşılaşıb. Anasının cəsədi başında oturub gözyaşı tökən gənci, polislər çətinliklə uzaqlaşdırıb. Qatarın keçişini təmin etmək üçün vəzifə yerinə yetirərkən qəzanı görən dəmiryolu işçisi şoka düşüb. Gözyaşlarına boğulan dəmiryolu işçisi Aydın, təcili yardıma alınıb. Sakitləşdirici dərman verilən dəmiryolu işçisi xəstəxanaya aparılıb. Hayriyyə Hünerliyigitin uzun zamandan bəri dərman istifadə etdiyini söyləyən böyük qardaşı Əhməd Hünerliyigit, "Bacım dərman istifadə edirdi. Hər səhər çörəyini mən alırdım. Bir bacımoğlu əsgərlikdədir, digəri də anası ilə birlikdə yaşayırdı. Keçmiş həyat yoldaşına zəng

gəlib, o da məni axtarıb, "Xeyiriyə yıxılıb, təcili yardım gəldi” dedi. Mən də qaçdım gəldim. Bacım depressiyada idi” deyə danışıb.