Mutlu Kayadan mutlu xəbər: Davutoğlunun həyat yoldaşı onu qurtardı

























Bir televiziya kanalında qatıldığı səs yarışmasında tanınan və Diyarbakırın Ergani qəsəbəsində evində keçmiş sevgilisi tərəfindən silahla yaralandıqdan sonra uzun müddət ölümlə çarpışan Mutlu Kaya, Ankara GATA-də  müalicə nəticəsində hərəkət etməyə başladı.
Kaya, baş nazir Əhməd Davutoğlunun həyat yoldaşı Sara Davutoğlunun cəhdləriylə, 7 iyulda Səhiyyə Nazirliyinə aid hava təcili yardımıyla Diyarbakırdan GATA-yə aparılıb, müalicə altına alınmışdı.
 GATA-də 1 ayı aşan müddətdir aldığı müalicə nəticəsində ilk dəfə ayağa qalxdığını ifadə edən bacısı Sevil Denizhan, "Vəziyyəti olduqca ümidverici, sürətlə yaxşılaşır.(milliyet.com)
Addımlarını yavaş- yavaş atır, çox az gedə bilir. Təbii keçmiş sağlamlığına qovuşması üçün bir müddət də müalicəyə ehtiyacı var" deyir.