11 yaşında qız ana oldu





Paraquvayda təcavüzə məruz qalan 11 yaşlı bir qız uşağına abort icazəsi verilməyib. Körpəsini dünyaya gətirmək məcburiyyətində qalan zərər çəkmiş uşaq, 11 yaşında ana olub. Qırmızı Xaçın klinika müdiri Maris Villalba mətbuata verdiyi açıqlamada doğuşun keysəriyyə ilə problemsiz reallaşdırıldığını və 3,5 kiloqram ağrılığında  körpə qızın vəziyyətinin yaxşı olduğunu açıqladı. Qız uşağı, 10 yaşında ikən 42 yaşlı ögey atası tərəfindən təcavüz edilərək, hamilə qalmışdı.
Qız uşağının vəziyyəti, abortun qanunla qadağan olunduğu katolik Paraquvayda din və dövlət adamlarını qarşı-qarşıya gətirmişdi. Hadisə ortaya çıxan zaman işə müdaxilə  edən Beynəlxalq Əfv Təşkilatı isə kiçik qızı qorumaq üçün abort edilməsi lazım olduğunu açıqlamışdı. Bütün beynəlxalq cəhdlərə baxmayaraq aborta icazə verilməmişdi. Təşkilatın Amerika məsulu Erika Guevara, səlahiyyətliləri insan haqqlarını tapdaladığını söyləyərək, qızın təcavüzə məruz qaldığını, bu yaşdakı uşağın ana olmasının sağlamlıq təhlükələri yaratdığına diqqət çəkib.(milliyet.com)
Qıza 10 yaşında ikən təcavüz edən 42 yaşlı ögey ata may ayından həbsxanadadır. Ögey ataya 12 və ya  15 il iş kəsilməsi gözlənilir. 11 yaşlı anaya da məhbus olmasına baxmayaraq, körpəsini ziyarət etməyə icazə verilib. Qız uşağının və körpəsinin vəlayəti müvəqqəti nənəsinə verilib.
Paraquvayda 10 və 14 yaş arası uşaqlar, hər il 700 körpə dünyaya gətirir. Bu uşaq anaların çoxunun təcavüz edilmiş olduqları bildirilir.