Bu barədə Təhsil Nazirliyi Nazirlər Kabinetinə təklif verib
"Təhsil Nazirliyinin Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təklif etdiyi növbəti təklif Bakıdakı təhsil müəssisələrində iş qrafiki ilə bağlıdır. Öncədən qeyd edim ki, bu təkliflər yalnız Bakı şəhərində nəqliyyatın sıx olduğu ərazilərə və bu ərazilərdə yerləşən həm ali, həm orta təhsil müəssisələrinə aiddir”.
Bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.
Sektor müdiri bildirib ki, nəqliyyatın sıx olduğu ərazi sahələrindəki təhsil müəssisələrində iş qrafikinin dəyişməsi ilə bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər verilib: "Bu qrafik saat 08.00-10.00 arasını əhatə edir. Qeyd edim ki, nəqliyyatın sıx olmadığı ərazilərdə yerləşən təhsil müəssisələrinin iş qrafiki elə olduğu kimi də qalacaq. Narahatlığa ehtiyac yoxdur. Yalnız nəqliyyat qovşağı çox gərginlik yaradan, mürəkkəb olan, Bakıda tıxacların yaranmasına səbəb olan ərazi sahələrində yerləşən təhsil müəssisələrinin iş qrafikinin müəyyən qədər dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təklifimizi vermişik.
Bəzi ali məktəblərində iş qrafiki məsələn, saat 08.30-da başlayırdısa, bu 08.00-ə, bəzilərində əksinə 09.00-a keçirilməsi təklif olunub. Bu təklif təhsil müəssisələrinin miqyası, sıx ərazi sahəsindəki təhsil müəssisələrinin sayı nəzərə alınmaqla verilib. Belə deyək, Bakı Şəhəri İcra Hakimiyyəti və yaxud "İçərişəhər” stansiyasının ətrafında bir neçə həm ali, həm də orta təhsil müəssisəsi var. Bütün bunlar nəzərə alınmaqla, onların iş qrafiklərində müəyyən qədər diferenssiallaşma aparmışıq ki, işə gəlmə və işdən getmə məsələləri nəqliyyat sıxlığına gətirib çıxarmasın”.
S. Gözəlov qeyd edib ki, istər iş qrafikinin müəyyən qədər dəyişdirilməsi, istərsə də qapalı ərazi sahələrində nəqliyyat vasitələrinin saxlanması zamanı ən başlıcası təhsil alanların, şagirdlərin sağlamlığı və təhlükəsizliyi gözlənilib: "Eləcə də tələbələrimizin ali məktəblərin ərazilərində təhlükəsizliyi nəzərə alınmaqla bu təkliflər verilib. Yəni ali məktəbin həyətində, istənilən yerdə avtomobilin saxlanması təbii ki, yolverilməzdir. Çünki ali məktəbin həyətində tələbələr dərsdən çıxır, bir binadan o biri binaya gedir. Yəni parklanma qapalı ərazilərdə xüsusi ayrılmış yerlərdə avtomobillər üçün nəzərdə tutulub”. (apa)
Bəzi təhsil müəssisələrində iş vaxtı dəyişdirilə bilər
17:26 18.08.2015
Arxiv
686
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb
09:40 02.09.2024
İqtisadiyyat
Bakıda qadın sürücü qəza törətdi: ölən var
09:33 02.09.2024
Hadisə
Dünya bazarlarında neft ucuzlaşır
09:09 02.09.2024
İqtisadiyyat
Azərbaycana Çindən saxta məktəbli formaları gətirilir
01:51 02.09.2024
Cəmiyyət
Məzahir Pənahov: Müraciətlər şəffaf şəkildə araşdırılacaq
01:46 02.09.2024
Siyasət
MSK: Səsvermədə seçici fəallığı 37,27 faiz olub
01:35 02.09.2024
Siyasət
Milli Məclisə seçkilərin ilkin nəticələri məlum olub - YENİLƏNİB
01:29 02.09.2024
Gündəm
Qəzzada 72 mindən çox uşaq poliomielit əleyhinə peyvənd edilib
00:49 02.09.2024
Dünya
İsrail hərbçiləri 3 polisi öldürən radikalı zərərsizləşdirdi
00:02 02.09.2024
Dünya
Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb
23:40 01.09.2024
Hadisə
Qaxda iki avtomobil toqquşub, xəsarət alan var
23:16 01.09.2024
Hadisə
Paşinyan sabah sərhədimizə gələcək
23:00 01.09.2024
Dünya
SWG SPA şirkəti “exit-poll”un nəticələrini açıqlayıb
SWG SPA şirkəti “exit-poll”un nəticələrini açıqlayıb
22:40 01.09.2024
Siyasət
STM "exit-poll"un nəticələrini açıqlayıb - SİYAHI
STM "exit-poll"un nəticələrini açıqlayıb - SİYAHI
22:27 01.09.2024
Siyasət
Vəliyevin oğlu, Ağamalının qızının səs faizi…
21:50 01.09.2024
Siyasət
Trampın sehirli çubuğu yoxdur - Peskov
21:32 01.09.2024
Dünya
ATƏT-in parlament seçkiləri ilə bağlı rəyi çoxdan yazılıb - Rəy
21:25 01.09.2024
Siyasət
Azərbaycan xalqını təbrik edirik - İPC
21:20 01.09.2024
Siyasət
Bu partiya sədrləri dairələrdə liderdir – Siyahı
20:56 01.09.2024
Siyasət
İrəvan 10-cu sülh paketini Bakıya təqdim etdi - Kostanyan
20:43 01.09.2024
Aktual
İPC-nin Baş katibi: Seçkilər təzyiq və məcburiyyət olmadan keçib
20:36 01.09.2024
Siyasət
Seçkilər ilə bağlı “exit-poll”un nəticələri açıqlanıb - SİYAHI
Seçkilər ilə bağlı “exit-poll”un nəticələri açıqlanıb - SİYAHI
20:23 01.09.2024
Siyasət
“ORACLE ADVISORY GROUP”: “Exit-poll” 63 min seçicini əhatə edib
20:15 01.09.2024
Gündəm