Efiopiyalı parlamentari: Azərbaycanda keçirilən seçkilər bizim üçün nümunə oldu

Parlament seçkisi haqda danışmaqdan məmnunluq duyuram.

APA xəbər verir ki, bunu Efiopiya parlamentinin üzvü,Nümayəndələr Palatasının Komitə sədri Evebete Alene Yalev Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan hökuməti Efiopiya parlamentinin üzvlərini növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət edib:

"Nümayəndə heyətimiz 29 avqustdan Bakıdadır. Azərbaycanın MSK-nin fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycanda seçkiləri müstəqil şəkildə müşahidə etmək üçün bizə hər cür şərait yaradılmışdı. Biz seçki məntəqələrinin ətrafında güc strukturundan nümayəndələr görmədik. Seçki sülh şəraitində keçib, demokratik və azad olub. Azərbaycanda keçirilən seçkilər bizim üçün nümunə oldu ki, necə demokratik seçki keçirmək olar".