TÜRK PA seçkilərin beynəlxalq demokratiya standartlarına uyğun keçirildiyini təsbit edib

"Türkdilli Dövlətlərin Parlament Assambleyasının müşahidə missiyası hesab edir ki, Azərbaycanda seçkilər uğurla keçirilib”.

APA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zembilci bu gün keçirilən mətbuat konfransında deyib.

O, seçkiöncəsi hazırlıq prosesinin də standartlara uyğun olduğu qənaətinə gəldiklərini söyləyib:

"Türkdilli Dövlətlərin Parlament Assambleyası Bakı, Şamaxı və Qobustandakı seçki məntəqələrində hazırlıqların uğurla həyata keçirildiyini müşahidə edib. Əsas missiyamız seçki prosesinin uğurla həyata keçirildiyini izləməkdən ibarət idi. Missiyamız səlahiyyətli orqanların bu prosesə kifayət qədər peşəkar hazırlaşdığının şahidi olub. Onu da müşahidə etdik ki, seçki məntəqələrində fiziki məhdudiyyətli insanların səs verməsi üçün şərait yaradılıb, səyyar qutular təşkil edilib. TÜRK PA bu seçkilərin beynəlxalq demokratiya standartlarına uyğun keçirildiyini təsbit edib".