Serbiya XİN rəhbəri: Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcəyik

“Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcəyik. Bu, prinsip məsələsidir”.

Sherg.az xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

“Azərbaycan da bizim ərazi bütövlüyünü və suverenliyimizi dəstəkləyir. Biz buna görə təşəkkür edirik. Bu bizim beynəlxalq hüquqa verdiyimiz dəstəkdir. Mən bu gün Kosovoda baş verənlərlə bağlı məlumatı həmkarıma çatdırdım. Biz Balkan regionunda təhlükəsiz mühitin yaranması istiqamətində işlərə diqqəti yönəldirik. Biz bütün qonşularımızla dinc yanaşı yaşamaq siyasəti həyata keçirmək və yaşadığımız bölgədə vacib iştirakçı olmaq istəyirik. Çox sağ olun ki, beynəlxalq təşkilatlarda bizə dəstək vermisiniz”, - nazir vurğulayıb.