İnsanlar niyə sirkə turşusu içərək intihar edirlər? -Psixoloq səbəblərdən danışdı

Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin F. Bayramov küçəsində qeydə alınıb.
Belə ki, 1941-ci il təvəllüdlü M. Babayeva evdə sirkə turşusu içərək zəhərlənib.
Yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Məsələylə bağlı “Sherg.az”a danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, sirkə turşusunun insan sağlamlığına, qan dövranına, daxili orqanlara faydalılığı haqqında internetdə yazılanları mütəxəssislərdən maraqlanmaq lazımdır:

“Artıq çəkidən xilas olmaq, metobolizmanın sürətləndirməsi üçün, günəş doğarkan və ya axşam yatmadan öncə sirkə içmək barədə dietoloqların verdiyi informasıyanın ölümlərə səbəb olması halları çoxdur. Sirkələrin bir neçə növü var. Faydalı və faydasız. Faydalı olanlar turşu və yeməklərdə, faydasızlar isə sənayedə istifadə edilir. Sirkələri qida və qeyri qida kimi ayırmaq lazımdır. Qeyri qida sirkəni ağıza alarkən diş minasını zədələyib, damağı yandıraraq dişləri yox edə bilər. Həmçinin onu içərkən qida borusu və mədə yanması ola bilər. Hətta bu maddənin qəbulu zamanı ölümün olma ehtimalı da çoxdur.  Sirkə alınarkən diqqət edilməlidir. Çünki istifadə üçün yararlı deyilsə, deməli intihar məqsədi üçün istifadə ediləcək".

Psixoloq qeyd edib ki, insan ölə bilən varlıqdır:
"Onun necə ölməsi heç kəsə maraqlı olmamalıdır. Hər kəs bir şəkildə yaşayaraq həyatını sonlandırır. İnanc və mentalitet cəhətdən insanın həyatını özünün sonlandırması doğru hesab edilmir. Ancaq hər bir halda bu onun yaşayışıdır. Onun yaşadığı dönəmdə yaşamaq üçün əlavə stimul vermək isə bizim borcumuzdur. Öləndən sonra isə birirnin ölüm şəklini müşahidə etmək və ona dair müzakirələr aparmaq düzgün deyil. Mənə maraqlıdır ki, intihar edən şəxsin ətrafında onu anlayan, qucaqlayan və arxayınlıq verən bir insan yox idimi? Əgər yox idisə intihar edən şəxs yaşadığı dönəmdə ölmüş sayılır. İndi isə sadəcə fiziki olaraq aramızda yoxdur”.