Corc Kluni və Bred Pittin filmi   4 dəqiqə alqışlarla qarşılanıb

Tez-tez bir-birlərinə oynadıqları zarafatlarla gündəmə gələn köhnə dostlar Corc Kluni və Bred Pitt uzun illərdən sonra eyni filmə çəkilirlər. Sonuncu dəfə 2008-ci ildə “Aramızda Casus Var” filmində rol alan ikili indi də “Qurdlar” filmində bir araya gəlib.

Sherg.az xəbər verir ki, 16 ildən sonra eyni filmdə baş rolları paylaşan Kluni və Pitt Con Uottsun rejissoru olduğu filmdə iki tənha mexaniklə eyni işə təyin olunurlar.


 
Filmin premyerası Venesiya Film Festivalında olub. İkilinin maraqla gözlənilən filmi 4 dəqiqə sürəkli alqışlarla qarşılanıb.


Pərəstişkarları Pitt və Kluniyə nəzər salmaq üçün Venesiyada Sala Qrandeyə axışdıqları üçün premyera 30 dəqiqədən çox ertələnib. Hər iki aktyor qırmızı xalçanın müxtəlif tərəflərinə keçərək pərəstişkarlarına avtoqraf veriblər.

Onlar zala daxil olanda hər ikisi yenidən böyük coşqu ilə qarşılanıb. Film başlayanda belə xaos davam edib və bileti olmayanlar boş yerlər tapmaq üçün vurnuxurdular.