Seçkilər ilə bağlı səsvermə prosesində seçici fəallığı məlum olub

Azərbaycanda dünən keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığı məlum olub.
Sherg.az-ın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbərinə görə, 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsinin hamısından məlumatlar MSK-ya daxil olub.

Beləliklə parlament seçkilərində seçici fəallığı 37,24 faiz təşkil edib.