Rusiya nüvə silahından istifadə edəcəkmi? 

 Rusiya rəsmiləri nüvə doktrinasının son vaxtlar Ukraynada “Qərb tərəfindən gərginliyi artırması” səbəbindən dəyişdiriləcəyini bildirir. 

Sherg.az xəbər verir ki, xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, nüvə silahından istifadəyə dair doktrinanın dəyişdirilməsi üzrə işlər əsas  mərhələdədir. Rusiyanın bəzi hərbi analitikləri Putini “Rusiyanın Qərbdəki düşmənlərini qorxutmaq üçün” nüvə silahından istifadə həddini aşağı salmağa çağırmışdılar. Putin daha əvvəl nüvə hücumlarının baş verəcəyi təqdirdə çoxlu qurbanların olacağını bildirmişdi.