XIN başçısı sülh sazişi üzərində irəliləyişlə bağlı serbiyalı həmkarını məlumatlandırıb

“Serbiya və Azərbaycan vətəndaşları bir-birinin ölkəsinə vizasız səyahət etmək imkanı əldə edib”.
Sherg.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçin birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu Azərbaycanla Serbiya arasında turizm imkanlarını genişləndirə və iş adamları üçün yeni imkanlar aça bilər: “Bu gün müzakirələr kontekstində 2020-ci il Vətən müharibəsi və eyni zamanda antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüzün bərpasından sonrakı vəziyyətlə bağlı müzakirələrimiz oldu. Azad edilmiş ərazilərdə Azərbaycan Serbiyanın birlikdə əməkdaşlığı barədə müzakirələrimiz oldu. Eyni zamanda bu zaman ərzində Azərbaycan Ermənistan münasibətlərinin normalaşması üçün tərəfimizdən atılan addımlar barədə dəyərli həmkarıma məlumatlar verdim. Sülh sazişi üzərində irəliləyişlər və eyni zamanda iki ölkə arasında delimitasiya prosesində əldə olunan müsbət irəliləyişlər barədə məlumat verdim”.