Şamil Ayrım: İnsanlar sivil şəkildə səsvermə hüquqlarından istifadə etdilər

"13 nəfərlik komanda ilə bu seçkiləri müşahidə etmək üçün dəvət edilmişik".
APA xəbər verir ki, bunu Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

O bildirib ki, Sumqayıtdakı seçki məntəqələrini ziyarət ediblər: “Azərbaycanda seçki bütün demokratik hüquqi və azadlıqlar təmin olunmaqla keçirildi”.

O əlavə edib ki, bu, Azərbaycanda müşahidə etdiyi beşinci seçki olub:

"Seçki olduqca şəffaf və demokratik olub. İnsanlar sivil şəraitdə səsvermə hüququndan istifadə etdilər. Bu seçki həm də ona görə vacib idi ki, azad, bütöv Azərbaycanın Qarabağdan olan 40 mindən çox vətəndaşı səsvermədə iştirak etdi”.

O əlavə edib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, Türkiyə hər zaman can Azərbaycanın yanındadır:

"Sülhün davamlı olması hazırkı ən önəmli məsələdir. Biz inanırıq ki, Azərbaycan bu coğrafiyada qalıcı sülhü bərqərar edə biləcək".