Polşa: NATO qorxsa da, rus raketlərini vurmalıyıq!

Polşa və Ukrayna ilə həmsərhəd olan digər dövlətlərdən Rusiya raketlərini öz hava məkanına daxil olmazdan əvvəl vurmaq tələb olunur.
Axar.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Ukrayna ərazisi üzərində raketlərin tutulmasının NATO-nu Rusiya və Ukrayna arasında hərbi münaqişəyə sürükləyə biləcəyi qorxusuna baxmayaraq, Polşa hakimiyyəti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. NATO-ya üzvlük ölkənin öz hava məkanını qorumaq məsuliyyətini əvəz etmir, bu, bizim konstitusiya məsuliyyətimizdir”, - o bildirib.