Həlak olanların hamısının meyiti tapıldı

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan Mi-8 helikopterində həlak olanların hamısının meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, helikopter avqustun 31-də radarlardan itib. Helikopterin göyərtəsində 19 sərnişin və 3 ekipaj üzvü olub. Onların hamısı ölüb.