Yeni doğulan əkizlər öldü - Zərdabda





 Hər iki oğlan uşağı keysəriyyə əməliyyatından dərhal sonra ölüb
Ağcabədi rayonunda doğuş faciəsi baş verib.
Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında Zərdab rayonunun Lələağacı kənd sakini olan 1993-cü il təvəllüdlü Əliyeva Rufanə Fəxri qızı Ağcabədi rayonunun Mərkəzi Xəstəxanasında keysəriyyə əməliyyatı ilə doğuş keçirib. Əməliyyatdan sonra qadının dünyaya gətirdiyi əkiz oğlan uşağı ölüb.
Qeyd edək ki, 22 yaşlı qadın vaxtında doğuş həyata keçirib. Həkimlər doğuşun keysəriyyə əməliyyatı ilə baş tutmasını məsləhət biliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.