İstidən ölənlərin sayı 109-a çatdı




Misirdə uzun müddətdir davam edən isti hava ilə əlaqədar ölənlərin sayı 109 nəfərə çatıb
"Qafqazinfo”nun CNN-ə istinadən məlumatına görə, Misir Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada bildirilir ki, ölkədə yüksək temperatur səbəbi ilə ötən gün 8, bu gün 3 nəfər dünyasını dəyişib.
Ötən həftədən etibarən isə 109 nəfər ölüb, 805 nəfər xəstəxanaya yerləşdirilib.