KXCP-də parçalanma...

Partiya seçkilərə 2 siyahı ilə gedir



Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının "Demokratik Birlik” fraksiyasının növbəti toplantısı keçirilib.

Bu məlumatı "sherg.az”a "Demokratik Birlik” fraksiyası İdarə Heyətinin üzvü İsmayıl Yusifov verib. Onun dediyinə görə, İdarə Heyətinin toplantısında əsasən iki məsələ müzakirə olunub:

1. KXCP-nin 3-cü qurultayı və onun nəticələri;

2. Qarşıdan gələn parlament seçklərində iştirak.

İdarə Heyəti KXCP-nin 3-cü qurultayı ilə bağlı yekdil qərarı qəbul edilib. Qərara görə, KXCP-nin 3-cü qurultayının nəticələri tanınmayıb və bu məsələnin nizamnamə müstəvisində həlli seçkilərdən sonraya saxlanıb.

KXCP-nin "Demokratik Birlik” fraksiyası parlament seçkiləri ilə bağlı rayon, şəhər şöbələrindən və İdarə Heyətindən irəli sürülmüş 41 deputatlığa namizədin müvafiq dairələr üzrə namizədliyini təsdiq edib. Daha 16 dairə ilə bağlı nazmizədlik məsələsi növbəti toplantıya qədər açıq saxlanıb.

"Demokratik Birlik” fraksiyası namizəd irəli sürmədiyi dairələrdə müxalifətin nüfuzlu namizədlərini müdafiə etmək haqqında da qərar qəbul edib. Toplantıda o da vurğulanıb ki, "Demokratik Birlik” fraksiyası seçkilərdə ölkənin real müxalifəti ilə fəaliyyətini koordinasiya etməklə imkan dxilində seçkilərdə birgə iştirak etməlidir. Toplantıda İdarə Heyətinin bəzi üzvləri seçkilərin boykot edilməsi fikrini səsləndirib.

Qeyd edək ki, KXCP "Demokratik Birlik” fraksiyasının yekun qərarı İdarə Heyətinin növbəti toplantısında veriləcək.