Yusif Bağırzadə AMİP-dən istefa verdi

O, istefanı səhhətindəki problemlərlə əlaqələndirib



Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib. Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib.
Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.
Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir.