İŞİD-ə qarşı beynəlxalq koalisiyada ABŞ-ın xüsusi nümayəndəsi koalisiyanın İraqın başçılığı ilə terroçu qrupun zəiflədilməsi və məğlub edilməsi səylərinə dəstəyi məsələsini müzakirə etmək məqsədilə İraq paytaxtına səfər edib.
Bu haqda açıqlamanı ABŞ Dövlət Departamenti verib.
ABŞ-ın dəniz piyadaları qüvvələrinin təqaüddə olan generalı Con Allen İraq hökumətinin və təhlükəsizlk xidmətinin yüksək səviyyəli nümayəndələri ilə görüşmək üçün bu gün Bağdada yetişib. İslam Dövləti qrupuna qarşı mübarizə ilə yanaşı, general Con Allen və İraq rəsmiləri arasında danışıqlar zamanı regionda baş verən digər inkişafların da müzakirə ediləcəyi gözlənilir.
Bu arada, İslam Dövləti qrupu bazar ertəsi İraq boyu azı 57 nəfərin ölümü ilə nəticələnən bomba hücumlarından birinə görə məsuliyyəti öz üzərinə götürüb.(Amerikanın səsi)
Sünni ekstremistlərin verdiyi açıqlamada ölkənin cənubunda yerləşən Bəsrə şəhəri yaxınlığındakı Əl-Zübeyr yaşayış məntəqəsində maşına yerləşdirilmiş bombanın şiələri hədəf aldığı deyilir.