Üzünü bilə-bilə bu hala saldı

Küçəyə çıxdı, illərcə xəyal etdiyindən daha pis reaksiyalarla qarşılaşdı



"Bədən qəbulu pozğunluğu" üzündən üzünü örtən nəhəng bir şişə sahib olduğunu düşünən qadın, içində olduğu hadisəni sənədli film etdi.

Leigh de Vries adlı gənc qadın illərcə, nadir görünən bir psixiatrik pozğunluq olan "bədən qəbul pozğunluğu” səbəbiylə üzünün sağ tərəfini tamamilə örtən bir şişi olduğunu zənn edərək yaşadı. "Daily Mail”də yer alan xəbərə görə, bu cür psixiatrik pozğunluğu olan xəstələr xarici

görünüşlərinə həddindən artıq həssas halda yaşayırlar. Bu xəstəliyə ən təəccüblü nümunələrdən olan gənc Vries də illərcə özündə bir şiş olduğunu və bunun üzünü örtdüyünü xəyal etmişdi. Gerçəkdə belə bir şişi olmayan gənc qadın üzünün sağ tərəfini örtən, gözünü bağlayan bir şişinin olduğuna inanır. Vries, ən sonunda üzünə plastik makiyajla şiş varmış görüntüsü verdi və küçəyə çıxdı. Vres, illərcə xəyal etdiyindən daha pis reaksiyalarla qarşılaşdı...

Leigh de Vries bu təcrübəni "Daily Mail”ə belə izah etdi: "Əvvələr küçəyə çıxdığımda uşaqların məni görüncə qışqırdığını xəyal edərdim, ancaq gerçək bundan çox daha qorxunc oldu. Ən sonunda maskanı çıxardığımda həqiqətən gözəl olduğumu fərqinə vardım.” Yetkinlik çağından bəri şişi olduğunu düşünən Leigh de Vries, plastik makiyajla küçəyə çıxdığı təcrübəsini də filmə çəkərək yaydı. Yetkinlik çağlarından bəri gözündə problem olduğunu düşünən Vries, 2004-cü ildə gözlərindən əməliyyat keçirmişdi. Vries, çəkdiyi filmlə "bədən qəbul pozğunluğu” olanların səsi olmağa çalışacağını söyləyir.