Rusiya Hava qüvvələrinin Azad Suriya Ordusuna aid bir qərargahı hədəfə götürdüyü bildirildi.
Azad Suriya Ordusun Şam cəbhəsinə aid 21-ci diviziya komandiri Əbu Velid, açıqlamasında, rus təyyarələrinin, Şam cəbhəsinə aid bir qərargahı, idarə olunan mərmiylə vurduğunu ifadə etdi.
Əbu Velid, hücumda, 12 adamın yaralandığını, qərargahın qismən zərər gördüyünü söylədi.
Bombardmanın, Rusiya Hava qüvvələrinin, Hama çölündə Şam cəbhəsinin qərargahlarını hədəf alan ilk hücumu olmadığını vurğulayan Əbu Velid, "Silahlı müxaliflər, ziyan görən texnikalarını təmir edərək yenidən döyüşməyə davam edəcək. Rusiya dövlət başçısı Vladimir Putin ilə ordusunun məğlub olacağına söz verirəm" deyib.