Latviya İslam Mədəniyyət Mərkəzi mətbuat spikeri, 50 il sonra ölkədəki xristianların sayını aşacağını söylədi.
Latviya Müsəlman camaatının nüfuzlu təşkilatlarından olan İslam Mədəniyyət Mərkəzi mətbuat spikeri Robert Klimoviç, Latviyanın 50 il içində müsəlman bir ölkə halına gələcəyini iddia etdi. Müsəlmanların iş qabiliyyətinin yerli əhaliyə görə yüksək olduğunu ifadə edən Klimoviç, 50 il sonra ölkədəki müsəlmanların sayının xristianları keçəcəyini söylədi.
Avropa ölkələrinin immiqrant dalğasını öz əlləriylə yaratdığını söyləyən Klimoviç, "Çünki onlara kölə lazımdır, işləyən insan lazımdır” deyə danışdı. Klimoviç, müsəlman ölkələrdən gələnlərin içki içmədikləri və davamlı siqaret fasiləsi vermədikləri üçün, Latviyada bir çox iş adamlarının, işyerlərində yalnız müsəlman ölkələrdən gələnlərə iş verdiyini dilə gətirdi.