Xalqa qarşı mənəvi terrorun qarşısını ancaq cəzalar ala bilər - EKSPERT
11:56 24.12.2024
Cəmiyyət
491
Ciddi şəkildə bütün sosial şəbəkələr izlənməli, xüsusi qanun qəbul olunmalıdır
Polis əxlaqsızlığı təbliğ edən "TikTok" istifadəçilərini saxlayıb.
“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan "emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az” a bildirib ki, həddən artıq gecikmiş addım olsa da, hər bir halda təqdirəlayiq saymaq olar:
“Uzun illərdir ki, biz bu barədə həyəcan təbili çalırıq, tənqid edirik, ifşaedici faktlar göstəririk. Lakin, açıq şəkildə Azərbaycan xalqına qarşı dövlətin gözü önündə mənəvi terror aksiyası aparılır. İnstagram “TikTok”dan da pis vəziyyətdədir . Həmin sosial şəbəkələrdə qanun yoxdur. İstənilən hər bir şeyi orada törədirlər. Dövlət, xalq, məmurlar, dövlət adamları, bir sözlə hər kəs təhqir olunur, söyüşlərə məruz qalır. İndiyə qədər müvafiq dövlət orqanları harada idi, niyə reaksiya vermirdilər? Bu cür məsələlər cəmiyyətin vecinə deyil. Dövlət ölkədə yaşayan vətəndaşların fiziki və mənəvi sağlamlığını təmin etmək və təhlükəsizliyini qorumaqla məşğuldur. Dövlətin vəzifəsi yalnız bu cümlədən ibarətdir. Əgər dövlət bunu təmin etmirsə, o zaman bu dövlət nəyə lazımdır? Bu ölkədə açıq şəkildə milli mənəvi dəyərlər sistemi çökdürülür. Prezident cənab İlham Əliyev dəfələrlə açıq şəkildə qeyd edib ki, Azərbaycan yalnız öz milli mənəvi dəyərləri üzərində inkişaf etməlidir. Bu dövlət, bu prinsip üzərində qurulmalıdır. Dövlət siyasətinin ana mahiyyəti budur. Amma müvafiq orqanlar, gözardı edərək bu biabırçılıqlara şərait yaradır və göz yumurlar. Bəzi ölkələrdə bu cür şəbəkələr birbaşa bloklanır. Yəni burada dövlətin sərt və güclü müdaxiləsi lazımdır. Sağlam cəmiyyətlərdə insanların özləri dövlətə ehtiyac duymadan bu səhifələri boykot edirlər. Ona görə də dövlət bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Fasiləsiz olaraq ən azı minlərlə şəxs ağır cəzalandırılmalı, kanallar və səhifələr bağlanmalı, xüsusi şəbəkə polisi yaradılmalıdır. Rabitə Nazirliyində, İnformasiya Təhlükəsizlik İdarəsi var. Ancaq gördüyü iş məlum deyil. Deyə bilərlər ki, biz sırf informasiya dezinformasiya məsələsinə baxırıq. Lakin həmin sahədə də işləmirlər və orada biabırçı vəziyyətdədir. Mənəvi terrorla bağlı bir idarə yaradılmalıdır. Ciddi şəkildə bütün sosial şəbəkələr izlənməli, xüsusi qanun qəbul olunmalı və orada bütün şərtlər göstərilməlidir. Yəni Azərbaycan xalqına qarşı mənəvi terror yayan, pozğunluq, narkomaniya, fahişəlik, insan alveri, təbliğatları ilə məşğul olanlar ağır şəkildə cəzalandırılmalı və əmlakı müsadirə olunmaqla ən azı 10 il müddətinə həbs edilməlidir. Yalnız belə ağır cəzalar xalqa qarşı terrorun qarşısını ala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumen Radev istefa verdi
22:26 19.01.2026
Dünya
Marko Rubio: Azərbaycanın bu addımı mühüm humanitar jestdir
22:14 19.01.2026
Siyasət
Qəzzada ölümcül virus həyəcanı yaşanır
22:11 19.01.2026
Dünya
Tramp Lukaşenkoya da dəvət göndərdi, müsbət cavab aldı
21:43 19.01.2026
Dünya
Suriya ordusu SDQ-nin yaratdığı dağıntıları görüntülədi - FOTO
21:37 19.01.2026
Dünya
Valentino Garavani vəfat edib
21:31 19.01.2026
Dünya
Ərdoğan: İnanırıq ki, İran çətinliklərin öhdəsindən gələcək
21:19 19.01.2026
Dünya
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət