Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaşı qəbul edib.

Sherg.az xəbər verir ki, görüş nazirlikdə baş tutub. Tərəflər paytaxt Ankaranın ehtiyaclarını, şəhərsalma sahəsində görülən işləri və qarşıdakı dövr üçün nəzərdə tutulan məsələləri müzakirə ediblər.

Murat Kurum görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Ankaranın inkişafına töhfə verəcək addımların atılması üçün birgə fəaliyyət davam etdiriləcək.

Nazir qeyd edib ki, şəhər sakinlərinin həyatına müsbət təsir göstərəcək təşəbbüslərin dəstəklənməsinə və paytaxtın ehtiyaclarının qarşılanmasına xüsusi önəm verirlər.