Ermənistan parlamenti Anna Akopyanın qanun layihəsini ilk oxunuşda qəbul edib

Ermənistan parlamenti məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik dəyişikliklərini ilk oxunuşda qəbul edib. Sənədin lehinə 62 deputat səs verib, 34 deputat isə bitərəf qalıb.

Sherg.az xəbər verir ki, qanun layihəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın məişət zorakılığına qarşı kampaniyası çərçivəsində hazırlanıb.

Layihəyə əsasən, məişət zorakılığı hallarında tərəflərin barışması imkanının aradan qaldırılması və şübhəli hallarla bağlı həkimlərin hüquq-mühafizə orqanlarına məlumat verməsi nəzərdə tutulur. Həmçinin zorakılıqda şübhəli bilinən şəxsin ailə üzvləri ilə eyni evdə qalmasına səbəb ola biləcək ev dustaqlığı qətimkan tədbirinin tətbiqi qadağan ediləcək.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə hər il təxminən 2 min məişət zorakılığı hadisəsi qeydə alınır.