Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirli bilinən Rusiya ordusunun əsgəri Valeri Permyakova qarşı yeni ittihamlar irəli sürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan İstintaq Komitəsi deyib.
"İlkin istintaq zamanı müəyyən edilib ki, Avetisyan ailəsinin qətli quldurluq, evə qanunsuz soxulma və əmlakı talamaqla müşahidə olunub. Bundan sonra isə dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd göstərilib”, İstintaq Komitəsinin məlumatında deyilir.
Bununla əlaqədar V.Permyakova qarşı Ermənistan Cinayət məcəlləsinin 3 maddəsi üzrə yeni ittihamlar irəli sürülüb. Qeyd olunur ki, V.Permyakov ittihamları qəbul edib.