12 il sonra komadan çıxdı...

...Və söylədikləri şok etdiAnası ona “Ümid edirəm ölərsən” deyib
Tam 12 il boyunca komada qalan və oyandıqdan sonra "Ümid edirəm ölərsən” deməyi də daxil hər şeyi eşitdim, ana” deyən uşağın hekayəsi şok edir.
Martin Pistorius, Cənub Afrikada böyüyən olduqca adi bir uşaq idi. 12 yaşında sirrli bir xəstəliyin baş qaldırması ilə həyatı dəyişməyə başladı. Əvvəl boğaz ağrısıyla başlayan xəstəlik davamlı yatması və ən sonunda hərəkət qabiliyyətini tamamilə itirməsiylə özünü göstərdi. Həkimlər Martinin bir növ meningitə tutulduğuna inanırdı. Ona kömək edə bilməyəcəklərini söylədikdən sonra Martini evə göndərdilər. Ailəsi Martinin hər anında yanında idi. Duş və yemək kimi sadə işlərini edə bilməyən Martini yataq yarası olmasın deyə hər 2 saatda bir çevirmələri lazım idi.
Gündüzləri reabilitasiyaya gedən Martin, 2 il sonra şüurunu qazanmağa başladı. 16 yaşına gəldiyində vəziyyətindən xəbərdar idi, ancaq yenə də hərəkət edə bilmirdi. Bəziləriylə danışa bilməsi üçün 10 il daha keçməsi lazım olacaqdı. Özünə gəldikdən sonra baxıcılarıyla əlaqədar izah etdikləri isə qanınızı donduracaq:
" Qorxunc idi. Ailəm başıma gələnləri öyrəndiyində şok olmuşdu. İnternat evindəki insanlar saçımı çəkir, metal qaşıqla dişimə vurur və qaşığı ağızıma yerləşdirməyə çalışırdı.
Mənə davamlı qışqırır və qızırdılar. Ağladığımda isə daha pis davranırdılar. Baxıcı qadınlardan birinin cinsi istismarına belə məruz qalmışdım. Qaldığım otağa gəlib mənimlə əlaqəyə girməyə çalışır və mənə toxunurdu. Hər saniyə qaçacağım günü gözlədim” deyir. Martin, həyatındakı ən pis anların isə anasının otağına gəldiyində qulağına "Ümid edirəm ölərsən” dediyi zaman olduğunu ifadə etdi. Yaşadıqlarından xilas olmaq üçün düşüncələrini izah etməyə çalışan Martin, bu sayədə irəliləmə qeyd etməyə başlamış 2011-ci ildə 25 yaşındaykən terapisti onun ünsiyyət qurmağa çalışdığını fərq etmişdi. Yaşadığı hekayə minlərlə insanı təsir edən Martinin həyatını film kimi çəkmək istəyən bir çox prodüser var. Martin və həyat yoldaşı, Matt Damon və Cameron Diaz rollarını canlandırmasını istəyir. ( DailyMail.co.uk)