Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yüksək gərginlikli elektrik xəttinin dəmir dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, bu barədə FHN-nin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilmiş və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:56-da başa çatıb.