Bakı sakini külli miqdarda vəsaitinin mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
"Lent.az"ın məlumatına görə, Tünzalə Əliyeva adlı qadın bildirib ki, Nəsimi rayonu Quliyev küçəsində tikilən çoxmərtəbəli binada mənzil almaq məqsədi ilə həmin ərazidə tikinti aparan şirkətin rəhbərlərindən olan İlkin adlı şəxsə 239 840 dollar pul verib. Həmin şəxs bu pulun qarşılığında Tünzalə Əliyevaya 3 ədəd ikiotaqlı mənzil təqdim etməli olsa da, vədinə əməl etməyib və vəsaiti mənimsəyib.
Tünzalə Əliyeva məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.