AZAL Paris reyslərini təxirə salmayacaq





"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır.
"Trend"in xəbərinə görə, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, ötən gün növbəti aviareys Parisə uğurla həyata keçirilib və təyyarə artıq Bakıya qayıdıb.
Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində təqribən 130 nəfər ölüb.