“125-lər” dağılası deyil”

Ramin Hacılı: “İlhamiyyə Rza bizdən ayrıldı”
“Çünki o, bundan sonra siyasi deyil, ictimai fəaliyyətlə məşğul olmaq istəyirdi”


2015-ci il noyabrın 1-də parlament seçkilərində iştirak etmək məqsədi ilə yaradılmış "125-lər” siyasi klubunun bir neçə üzvü qurumun sıralarını tərk edib. Xatırladaq ki, siyasi klubun üzvləri seçkiyə qatılsalar da, Milli Məclisdə təmsilçilik hüququ qazana bilməyiblər.

Bundan sonra "125-lər” klubunun taleyi necə olacaq, fəaliyyətini davam etdirəcəkmi? Klubun gələcəyi ilə bağlı "Şərq”ə danışan Ümid Partiyasının sədr müavini, "125-lər”in üzvü Ramin Hacılı deyib ki, yaxın vaxtlarda qurumun taleyi ilə bağlı Məclis keçiriləcək: "Nizamnaməyə görə, hər il Məclis keçiriləcək və başqan seçiləcək. Bu proses davamlı olacaq. İlhamiyyə xanım (klubun keçmiş sədri, telejurnalist İlhamiyyə Rza) bizdən ayrıldı. Çünki o, bundan sonra siyasi deyil, ictimai fəaliyyətlə məşğul olmaq istəyirdi. Başqalarının, yəni klub üzvlərinin getməsi ilə bir təşkilat, hərəkat dağılası deyil. Ona görə də iclasımız keçiriləcək və növbəti 5 il üçün fəaliyyətimiz davam edəcək. Yeni üzvlərimiz də var. Millət vəkilliyinə iddialı olan gənclər ətrafımızda yığılmaq üzrədir. Buna görə də bəlli bir zamanda Məclis keçiriləcək və sədr, müavinlər təyin olunacaq”.

İsmayıl