Ali Baş Komandana:“Vətənpərvər insanlar hər zaman Sizin yanınızdadır”


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 

Cəlilabad rayonunun sakini Əli Məmmədovun məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, bu çətin dövrdə Azərbaycan xalqının, dövlətinin etibarlı müdafiəsi, sağlamlığının qorunması, aztəminatlı ailələrin ehtiyacının ödənilməsi bütün dünya azərbaycanlılarının sevincinə səbəb olub. Bunu Sizə ünvanlanan çoxsaylı təşəkkür məktublarından da görmək olar. Mən də ailəmin adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Uca Allah Sizə, Mehriban xanıma və ailənizə daim kömək olsun! Azərbaycan xalqının bütün vətənpərvər nümayəndələri hər zaman Sizin yanınızdadır”.