13 ildir saçlarını kəsdirmir

Rusiyalı Daşik Qubanova internet fenomenlərindən biridir. O, uzun saçları ilə milyonlarla insanın diqqət mərkəzindədir. Gənc xanım 13 ildir uzatdığı saçları ilə məşhurlaşıb. O, 2003-ci ildən bəri saçlarını kəsdirmir. D. Qubanova saçlarını ayaqlarına qədər uzadıb parik edərək bağışlamaq arzusundadır. Bütün xanımları isə bu suallar maraqlandırır: uzun saçlı xanım hansı qulluq vasitələrindən yararlanır? Onun saçlarını qurutması nə qədər vaxt aparır? Saçlar islaq olan zaman ağırlığın öhdəsindən necə gəlir?
Bizimsə sizə belə bir sualımız var: belə saçlarınızın olmasını istərdinizmi?
(Aile.lent.az)