13 yaşlı qız “başım ağrıyır” dedi, həyatını itirdi





İzmirin Urla qəsəbəsində yaşayan bir yeniyetmənin faciəsi hamını qəhərə boğdu.

Baş ağrısı şikayətiylə xəstəxanaya aparılan orta məktəb şagirdi, 13 yaşlı Ebru Afacan ordaca həyatını itirdi. Talehsiz qızın ölümü ailəsi və yaxınlarını kədərə qərq etdi. Ebru Afacan , iddiaya görə, yaxınlarına başının ağrıdığını söyləyib. Urla dövlət xəstəxanasına çatdırılan talehsiz qız, ilk müdaxilənin ardından 9 Sentyabr Universiteti xəstəxanasına sövq edilib. Burada müalicə altına alınan Afacan, müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Onun ölüm xəbərini alan ailəsi və yoldaşları gözyaşlarına boğuldu. Ətrafında sevilən bir adam olduğu ifadə edilən Afacan, meyitxanada yarıldıqdan sonra Uzunkuyu məhəlləsindəki cənazə mərasimin ardından torpağa tapşırıldı. Ebrunun ölüm səbəbləri dəqiqləşməyib.