15 ay gəmidə yaşadı

Qurtulanda isə ona “gəmi yoldaşını yeyib” dedilər




Balıq ovuna çıxdığı gəmisi ilə okeanda itən Meksikalı Jose Salvador Alvarenga 15 ay dənizdə qaldıqdan sonra sahilə çıxmışdı.

Öz sidiyi və tısbağa qanı içərək dənizdə 15 ay yaşayan Jose Salvador (36) Alvarenga, "dənizdəki yoldaşı Ezequiel Kordobanı yeməkdə” günahlandırılır. Kordobanın ailəsi, 650 min dollar tələb edir. 2012-ci ildə fırtınadan sonra 36 yaşlı Alvarenganın gəmisi Meksikadan 7 min mil sürüşərək Şimal Sakit okeanındakı Marshall adalarında saya oturmuşdu. Alvarenga, "Kordoba öldükdən sonra çürüyən bədəni təxminən bir həftə gəmidə qaldı. Sonra cəsədini gəmidən dənizə atdım.” deyir. Amma Kordobanın ailəsi, oğullarının adamyeyənliyə qurban getdiyi qənaətindədir. Dənizdə çəkdiyi acıları və çətinlikləri qələmə aldığı kitabı bu yaxınlarda satışa çıxan Alvarenga isə gəmi yoldaşını yemədiyini bildirib.