Rusiyadakı türk banklarına basqın - "Çirkli pul" əməliyyatı






Türkiyə-Rusiya arasındakı gərginlik türk banklarına təsirsiz ötüşməyib.

Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu ölkədə yerləşən Türkiyə banklarına basqın edib. Basqın edilən 4 bank filialı "çirkli pul"ların yuyulmasında şübhəli bilinib.

Aparılan araşdırma nəticəsində qanundankənar hər hansı fəaliyyət aşkarlanmayıb.