15 yaşında ata oldu

9 qadından uşağı var, hamısını atıb gedir
25 yaşlı ingilis, indiyə qədər 9 qadından uşaq sahibi olub. İndi birlikdə olduğu 10-cu sevgilisi də hamilədir. Sanderlend şəhərində yaşayan 25 yaşlı Keith MacDonald ilk dəfə 15 yaşında ata olub.
Nigahsız əlaqələrindən uşaq sahibi olmağa davam edən MacDonald, uşaqların heç birinə baxmayıb. Hamilə buraxdığı sevgililərini tərk edən MacDonald, hökuməti də 2 milyon sterlinq ziyana salıb. Çünki, İngiltərə hökuməti, işsiz və subay analara uşaqları 16 yaşına çatana qədər yardım edir. Uşaqların hər biri 16 yaşına çatana qədər dövlət xərcləri 2 milyon sterlinqə (4,661 milyon TL) çatır. MacDonaldın 9-cu və 10-cu uşaqlarını dünyaya gətirməyə hazırlaşan iki qadın, doğuşa altı həftə qaldığını bildirir. Bu qadınlardan biri - 19 yaşlı gözəllik mütəxəssisi Sarah Armstronq, "mənə yaxşı davrandığı müddətdə keçmişinin heç bir əhəmiyyəti yoxdur. Doqquz uşağını da istədiyi vaxt görə bilər, mənim üçün problem yoxdur” deyir.