Ətrafımızda kimsə yaxınını itirəndə ona ilk dediyimiz sözlərdən biri “ Başınız sağ olsun”dur. Çünki ölüm ən çox vəfat etmiş şəxsin yaxınlarına təsir göstərir. Bu üzdən daim mərhumun doğmalarının yanında olur, onlara təsəlli veririk.
"Sherg.az” isə siz oxucularına “ Başınız sağ olsun” ifadəsinin əsl mənasını təqdim edir.
“Baş” sözü qədim Türk dilində “yara” deməkdir. “ Başınız sağ olsun” dedikdə “ yaranız sağ olsun” deyə bir ifadə yaranır. Əslində isə bu cümlənin originalı
“Başınız sağalsın”, yəni “ Yaranız sağalsın”dır. Sadəcə illər keçdikcə “Başınız sağalsın” “ Başınız sağ olsun”a çevrilib.